Bu ilin abituriyentləri üçün daha bir yenilik

17 May 2018 12:24 (UTC+04:00)

APA-nın xəbərinə görə, DİM sədri bildirib ki, qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir.

M. Abbaszadə qeyd edib ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib: "Yaz imtahanlarında II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yay imtahanında III ixtisas qrup üzrə imtahan verə biləcəklər. Biz hələ bilmirik bu dəyişmələr nəticələrə necə təsir edəcək. Yalnız imtahanlar tam başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".

AzNews.az