DTX ilə Dövlət Gömrük Komitəsinin birgə əməliyyatı - Tutulanlar var

17 May 2018 13:08 (UTC+04:00)

Araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmişlər.

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.

Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

AzNews.az