İranda etiraz aksiyası keçirildi - Ölən var

17 May 2018 14:02 (UTC+04:00)

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə mayın 17-də gecə saatlarında baş verib.

Məlumata görə, hökumət əyalətin Kazerun şəhərini iki yerə bölüb. Şəhər sakinləri isə hökumətin bu qərarı ilə razılaşmayıblar və küçələrə çıxaraq aksiya keçiriblər.

Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 aksiya iştirakçısı ölüb, 6-sı yaralanıb.

Dövlət rəsmiləri hadisəyə hələlik münasibət bildirməyiblər.

AzNews.az