İrlandiyada qeyri-adi hotel açıldı

17 May 2018 16:20 (UTC+04:00)

Trend-in məlumatına görə, yeddi nömrədən ibarət hotelin hər bir nömrəsinin qeyri-adi konstruksiyası sakinlər üçün ətraf əraziyə 180 dərəcəlik baxış bucağı təqdim edir. Nömrələr isitmə sistemi və temperatur nizamlayıcısı ilə təmin olunub.

Bundan başqa, hotel sakinlərə dağ velosipedləri və Lox-Ern gölündə üzmək üçün baydarkalar təklif edir.

AzNews.az