Türkiyədə daha 20 universitet açılır

17 May 2018 16:32 (UTC+04:00)

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, Türkiyədə 175 universitet var. Bunların 71-i fondun, 104-ü isə dövlətindir. 46 universitet olmaqla, ən çox ali təhsil müəssisəsi İstanbulda fəaliyyət göstərir. Bunların da 9-u dövlət, 37-si isə fonda aiddir.

AzNews.az