Alpinist Babur Hüseynov dəfn edildi

17 May 2018 20:02 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, B.Hüseynovun nəşi Astara şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, B.Hüseynov Astara şəhərində doğulub, orta məktəbi bitirdikdən sonra Bakıda ali məktəbə qəbul olub və burada yaşayıb.