AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2008-ci il təvəllüdlü Cavid Vadil oğlu Rəsulov həyətlərindəki alça ağacından yıxılıb.
O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.