AzNews.az DİM-ə istinadən xəbər verir ki, həmin ixtisaslaşmalardan tədrisi ingilis dilində aparılanlarını seçmək üçün isə birinci mərhələ üzrə minimum 40 bal toplamaqla yanaşı, ingilis dili üzrə 15 və daha artıq bal toplamaq da tələb olunur.
Bundan əlavə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün proqram seçimi mayın 18-i saat 10:00-dək uzadılıb. Bakalavrlar qeyd olunan vaxtadək elektron ərizələrinə daxil olub bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər.
Qəbul proqramını seçib təsdiqləməyənlər imtahanın iyunun 3-də keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.