Cina Haspelin MKİ direktoru vəzifəsinə təyinatı təsdiqləndi

18 May 2018 09:28 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, senatorların əksəriyyəti prezident D.Trampın MKİ rəhbəri vəzifəsinə irəli sürdüyü C.Haspelin namizədliyini dəstəkləyib.

Qeyd edək ki, C.Haspel ABŞ-ın əsas kəşfiyyat qurumlarından biri hesab edilən MKİ-yə rəhbərlik edəcək ilk qadındır. Təyinatadək C.Haspel MKİ direktoru müavini vəzifəsində çalışıb.

AzNews.az