AzNews.az-ın verdiyi məlumata görə, o, qeyd edib ki, 2014-cü ilin mart ayından mindiyi metro qatarı son stansiyaya çatdı:
“Təəssüf hissi ilə mayın 31-də artıq bu stansiyada düşməliyəm. Bu işə başlayarkən “Bakı Metropoliteni”-nin sədri Zaur Hüseynovla uzun bir söhbət etdik. Zaur müəllimin “Gəlin başlayaq. Şərt deyil ki, mən sizin işinizi bəyənim, bəlkə heç siz mənim iş prinsipimi bəyənməyəcəksiniz” sözləri məsuliyyətimi daha da artırdı. Tam 4 il 3 ay çalışdıq. Biz bir komanda idik. Əsas məqsədimiz metromuzun imicini yüksəltmək, dünya metropolitenlərilə yarışacaq səviyyəyə gəlmək, yeni texnologiyaların tətbiqi və sair sahədə əlimizdən gələnin artığını etmək idi. Hər şey göz qabağındadır. Təbii ki, hər başlanğıcın bir sonu var. Başlanğıcda olduğu kimi, getmək haqqında qərarımı uzun söhbətdə müzakirə etdik. Zaur Hüseynov getmək istəyimə etiraz etsə də, qərarıma hörmətlə yanaşdı”.
Nəsimi Paşayev bir müddət istirahət edəcəyini və müalicə alacağını bildirib: “Daha sonra elmi işlərlə məşğul olmağı planlaşdırıram. Zarafat edirəm. Gedim uşaqlarıma pul qazanmaq yollarını axtarım”.

Bahar RÜSTƏMLİ
AzNews.az