Nəqliyyat naziri mahnı yazırmış

17 Mart 2013 18:01 (UTC+04:00)
Böyük Britaniyanın nəqliyyat naziri Norman Beyker öz rok qrupunun ilk albomunu buraxmaq niyyəti barədə məlumat verib. 55 yaşlı liberal-demokrat artıq 30 ildir ki, "Reform Club" rok-qrupuna başçılıq edir.

Nazir mahnıları özü yazır və bildirib ki, öz albomunu buraxmağı çoxdan arzulayırmış. Albom "Always Tomorrow" adlanacaq. Oraya musiqiçinin 1983-ci ildən yazdığı mahnılar daxil ediləcək. /anspress/