DİN-də yeni təyinat - Özəl
17 Mart 2013 19:19 (UTC+04:00)
Daxili işlər naziri Ramil Usubov Ağstafa Rayon Polis Şöbəsinə yeni rəis təyin edib.
AzNews.az-ın əldə etdiyi məlumata görə, bundan sonra Ağstafa polisinə polkovnik-leytenant Ədalət Tağı oğlu Abbasov rəhbərlik edəcək.
Məlumat üçün bildirək ki, Ə. Abbasov 1963-cü ildə Tovuzun Şamlıx kəndində anadan olub.
O, bu təyinata qədər Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsində üzrə regional şöbəsinin rəisi vəzifəsində çalışıb.
Azər
AzNews.az