Bu il 193 nəfər İİV-ə yoluxdu - 16 nəfər öldü

18 May 2018 11:50 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib. O bildirib ki, qeydiyyata alınmış 188 Azərbaycan vətəndaşından 123-ü kişi, 65-i qadındır: "Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfər olub. Bu ilin 4 ayında İİV infeksiyasından 16 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub".

E. Muradov qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşlarından 23 nəfəri parenteral kontakt, 89 nəfəri heteroseksual kontakt, 10 nəfəri homoseksual kontakt, 2 nəfəri anadan uşağa ötürülməklə İİV-ə yoluxub, 64 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir.

AzNews.az