Azərbaycanda 56 qanunsuz miqrant saxlanıldı

18 May 2018 12:37 (UTC+04:00)

DMX-dən "Report"a verilən məlumata görə, onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan və­­tən­da­şıdır.

Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mər­kə­zin­də yerləşdirilib.

Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni ola­raq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublika­sı­nın əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Tür­ki­yəyə göndərilmək adı altında Azərbaycana gə­ti­ril­məsinin və burada yerləşdirilməsinin təşkil edildiyi müəyyənləşib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçiril­mək­lə leqalla­şacaqlarına vəd verilib və qanunsuz miqranta çevril­mə­lə­ri­nə şə­rait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və­­tən­da­şları və saxlanılan əcnəbilərdən İran və­tən­­­­daş­­­ları­nın ölkəni tərk etmələri tə­min olunub, digər şəxslərin Azərbaycan Res­­publikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq təd­bir­­lər görülür.

AzNews.az