“Rusiya Xarici İşlər Nazirliyinə ciddi etirazımız çatdırılacaq” - Hikmət Hacıyev

18 May 2018 15:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya separatçılarının lideri Raul Xadjimbanın Rusiya XİN-nin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski, habelə qondarma “DQR”, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələri ilə görüşünü şərh edərkən bildirib.

H.Hacıyev “Qondarma rejimlərin nümayəndələrinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?” sualına cavab olaraq deyib ki, diplomatik kanallarla etirazımız və ciddi narahatlığımız Rusiya XİN-nə çatdırılacaqdır.