İsrail aeroportunda reyslər gecikir - Səbəbi isə...

18 May 2018 16:32 (UTC+04:00)

Trend-in məlumatına görə, buna səbəb aeroportun yerləşdiyi rayonun ərazisində baş vermiş yanğın olub.

David Ben-Qurion adına aeroport yaxınlığında quru otların yanması nəticəsində güclü tüstülənmə baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Meteoroloqlar isə İsraildə artıq bir neçə gündür ki, davam edən isti-quru havanın hələ davam edəcəyini proqnozlaşdırıblar.

AzNews.az