İlhamə Quliyevalə Nazpəri Dostəliyeva barışdı

17 Mart 2013 23:28 (UTC+04:00)
"Bəzi ortada gəzən "adamcığazlar"a deyirəm ki, arzunuz ürəyinizdə qaldı. Bu gün (dünən-red.) "Meridian" restoranında İlhamə xanım, oğlu və mətbuat katibi Faiqlə bir yerdə idik. Özüm şahidi oldum, İlhamə xanımla Nazpəri Dostəliyeva telefonla danışdılar və barışdılar".

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tolik sosial şəbəkədəki profilində yazıb.

Hətta o bildirib ki, mart ayının 24-də xalq artisti Tükəzban İsmayılovanın ölüm günü münasibətilə keçiriləcək anım tədbirinə Nazpəri Dostəliyeva da qatılacaq:

"İlhamə Quliyeva Nazpəri Dostəliyevanı o məclisə şəxsən dəvət edib. İlhamə xanımın oğlu Orxanın toyunda da Nazpəri Dostəliyevanın iştirak edəcəyi gözlənilir".