43 yaşlı kişi elektrik dirəyindən yıxıldı

18 May 2018 16:42 (UTC+04:00)

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Temiraz Alvis oğlu Allahverdiyev qəsəbədə naqilləri təmir edərkən elektrik dirəyindən yerə yıxılıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, T.Allahverdiyev ağır kəllə-beyin travması alıb, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az