Çində leysan yağışları 8 nəfəri öldürdü

18 May 2018 18:00 (UTC+04:00)

Trend-in məlumatına görə, leysan yağışları nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, 3 min hektardan çox torpaq sahəsinə ziyan dəyib. Ümumilikdə şidəttli yağıntı Dinsi və Lunnan şəhərlərində ciddi fəsadlara səbəb olub.

Hazırda bölgədə qalan əhaliyə yardım çatdırılır və ziyan görmüş infrastrukturun bərpası üzrə işlər aparılır.