Trampın qolf mərkəzinə silahlı basqın - Foto

18 May 2018 20:53 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs Milli Qolf Mərkəzindəki ABŞ bayrağını endirib və Tramp əleyhinə şüarlar səsləndirib.

Hadisə yerinə gələn polislərlə silahlı şəxs arasında atışma olub. Polislər onu yaralı halda ələ keçiriblər. Çaxnaşma zamanı bir polisin də qolu qırılıb.

Faktla bağlı araşdırma aparılır.