Sumqayıtda intihara cəhd

18 May 2018 21:26 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İsmayılov Ədalət Məhəmməd oğlu yaşadığı ünvanda bədəninə 5 bıçaq zərbəsi vuraraq özünü öldürməyə cəhd göstərib.

O, yaxınlarının köməkliyi ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb və əməliyyat olunub.

Ə.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.