Bərdədə yol qəzası - Piyada öldü

18 May 2018 23:41 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Yenidaşkənd kəndində qeydə alınıb.

Belə ki, "QAZ-31" markalı minik avtomobili yolu kecmək istəyən piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələ məlum deyil.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.