Kubada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb

19 May 2018 09:00 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Cuba TV xəbər verib.

Havananın “Calixto García” hospitalının reanimasiya şöbəsinə yerləşdirilən daha iki qadının vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan əvvəl qəza nəticəsində sağ qalan 1 kişi xəstəxanada vəfat edib.

Qəzaya uğrayan təyyarənin “qara qutuları” hələ ki, tapılmayıb. “Global Air” aviaşirkətinin məlumatına görə, təyyarənin göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub.(apa)