Göygöldə 75 yaşlı kişi intihar edib

19 May 2018 09:13 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə Aşıqlı kəndində baş verib.

1943-cü il təvəllüdlü İsmayıl Abbas oğlu Binnətov özünü asıb. Onun intihar səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.