Moskva-Həştərxan təyyarəsi geri qayıtdı - Mühərrik sıradan çıxıb

19 May 2018 10:46 (UTC+04:00)

Trend-in məlumatına görə, buna səbəb "Boeing" təyyarəsinin mühərriklərindən birinin sıradan çıxması olub.

Qeyd olunur ki, təyyarə geri qayıdarkən Volqoqrad vilayəti üzərində olub. Təyyarə qısa müddət sonra Vnukovo hava limanında uğurlu eniş edib. Hadisə ilə bağlı xəsarət alan olmayıb.

Sərnişinlərin digər təyyarə ilə yola salınacağı bildirilib.