Prezident İlham Əliyev Kuba rəhbərinə başsağlığı verib

19 May 2018 11:09 (UTC+04:00)

Başsağlığında deyilir: "Hörmətli cənab Sədr, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".