Gürcüstanda saxta 4 min dollar satan 2 azərbaycanlı saxlanılıb

19 May 2018 13:27 (UTC+04:00)

APA-nın məlumatına əsasən, istintaqla müəyyən olunub ki, Dmanisi rayon sakini Tanrıverdi K. adlı şəxs Gürcüstan vətəndaşına saxta pul almağı təklif edib. O, saxta pulları Türkiyədən gətirdiyini bildirib.

Tanrıverdi K. ortağı olan Rusiya vətəndaşı Vilayət A. ilə Gürcüstan vətəndaşına saxta 4 min dollar verərək əvəzində 1400 dollar alıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.