Elitstar Cəmilə bu dəfə jurnalistlə yaxalandı- FOTO

18 Mart 2013 09:18 (UTC+04:00)


O, bu dəfə tanınan şou-biznes yazarı Elşad Ümüdlə birgə səmimi pozalar verib. Şəkillərdən görünür ki, müğənni ilə qələm əhlinin arasında "isti münasibətlər" yaranıb.
Amma Cəmilə bu məsələyə aydınlıq gətirmək istəmədi.

Qarşı tərəf, yəni E.Ümud bu "sıcaq" münasibətə belə aydınlıq gətirdi: "Cəmilə xanım məhəbbətdən bəhs edən mahnısına klip çəkdirmək istəyib. Bunu üçün tərəf müqabili axtarıb. Elə bu axtarışlarda internetdə mənim maraqlı fotosesiyamı görüb, çox bəyənib. Mənə təklif etdi ki, gəl mənimlə sevgili olaq, fotosesiya edək. Şəkillər çəkdirdik. Bizim onunla daha bir maraqlı layihəmiz var ki, yaxın günlərdə tamaşaçılar və şou-biznes əhli bundan xəbər tutacaq.

Bahar Rüstəmli
AzNews.az