Əkin yerlərinin yandırılması ilə bağlı daha bir qadağa

19 May 2018 15:32 (UTC+04:00)

AzNews.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev tərəfindən Milli Məclisə (MM) müvafiq qanun layihəsi təqdim olunub.

Qanun layihəsində “Torpaqların münbitliyi haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar Torpaq Məcəlləsində də müvafiq düzəlişin aparılması təklif olunur.

Belə ki, Məcəllənin 34-cü maddəsinə edilən dəyişikliyə əsasən, əkin yerinin yandırılması qadağandır.

Qanun layihəsi MM-in növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az