Fransada elektrik enerjisi ilə işləyəcək “Mercedes” istehsal olunacaq

19 May 2018 17:21 (UTC+04:00)

"Report" xarici mətbuata istinadən xəbər verir ki, avtomobil nəhəngi 2022-ci ildə bütün seriyalar üzrə elektrikli avtomobillər təqdim edəcəyini bəyan edib.

Bunun üçün Fransadakı "Hambax" zavoduna 500 mln. avro sərmayə qoyulacaq. Fransa prezidenti Emmanuel Makron bu qərarı məmnuniyyətlə qarşılayıb və "Twitter" sosial şəbəkəsindəki hesabında "Mercedes"in rəhbərliyinə təşəkkür edib.

AzNews.az