“Kilsəyə gələnləri girov götürmək istəyənlər məhv edilib” - Kadırov

19 May 2018 18:14 (UTC+04:00)

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məlumat verib.

"Yaraqlılar Arxangel Mixail Kilsəsinə soxularaq orada olanları girov götürmək istəyiblər. Dərhal keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlının hamısı məhv edilib", - o bildirib.

R.Kadırovun sözlərinə görə, aldığı güllə yarasında bir polis ölüb, kilsəyə ibadətə gələnlər arasında isə bir nəfər yaralanıb.

AzNews.az