Almaniyada insanlara atəş açıldı - Ölənlər var

19 May 2018 19:03 (UTC+04:00)

Trend-in məlumatına görə, silahlının insanlara atəş açması nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Polislərin məlumatına əsasən, insident yerli vaxtla saat 14:30-da Fexingen rayonunda baş verib. Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

AzNews.az