“Təzəpir məscidində hər gün iftar süfrəsi açılır” - QMİ nümayəndəsi

19 May 2018 19:11 (UTC+04:00)

Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı deyib.

Q. Cavadlının sözlərinə görə, imkansız şəxslər üçün iftar süfrəsi məscidin mərasim zalında gerçəkləşir: “Həmin ərazidə yaşayan imkansız ailələr orada gəlib iftar açırlar”.

QMİ sözçüsü bildirib ki, imkansız şəxslər üçün iftar süfrəsi Ramazan bayramına qədər davam edəcək.

AzNews.az