Prezident seçkilərində təxribat törətmək istəyənlər zərərsizləşdirilib

18 Mart 2013 09:38 (UTC+04:00)
İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində təxribat törətmək niyyətində olan şəbəkə zərərsizləşdirilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Məhkəmə Hakimiyyətinin İnsan Haqları Komitəsinin katibi Məhəmməd Cavad Laricani bildirib.

Onun sözlərinə görə, həmin şəbəkə Avropanın bəzi ölkələrinin məxfi xidmətlərinə bağlı olub: "Artıq İranda qeyri-sabit vəziyyət yaratmaq üçün düşmənlərlə əlbir olmaqda ittiham edilən şəxslər həbs olunublar və onlarla qanuna müvafiq olaraq rəftar ediləcək".

AzNews.az