Yolu keçən piyadanı maşın vurdu

19 May 2018 20:14 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Şorsulu kənd sakini Muxtarov Saləddin Hüseyn oğlu kənd ərazisində yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyadanı sürücünün özü Salyan Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az