İran 17 Azərbaycan vətəndaşını saxlayıb
18 Mart 2013 09:54 (UTC+04:00)
İran sərhədçiləri 17 Azərbaycan vətəndaşını saxlayıb.
Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İran sərhəd qoşunlarının komandiri Hüseyn Zülfüqari keçirdiyi mətbuat konfransında deyib ki, mart ayının əvvəlindən bu günə kimi İran-Azərbaycan sərhədində bu ölkəni qeyri-qanuni yolla tərk etmək istəyən 17 Azərbaycan vətəndaşı saxlanılıb.
Saxlanılanların 15-i kişi, 2-i qadındır.