Gədəbəydə maşın yoldan çıxaraq aşdı - Yaralı var

20 May 2018 10:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü kənd sakini Hüseynov Səməd Məhəmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.