AzNews.az Report-a istinadən xəbər verir ki, qəza zamanı “Nissan” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.
Nəticədə minik avtomobilində olan 1954-cü il təvəllüdlü sərnişin Allahverdiyev Sovet Salah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.