Gəncədə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu

20 May 2018 17:35 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib.

Müəyyən olunub ki, şəhər sakininin evindən oğurluq edən keçmiş gəlinin əmisi 1973-cu il təvəllüdlü Göygöl rayonunda anadan olmuş Nofəl Məhərrəmovdur. Hazırda saxlanılan N. Məhərrəmov Rusiya Federasiyasında 6 il azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma davam etdirilir.