Naxçıvanda şəhid olan əsgərin fotosu

20 May 2018 17:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb.

O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Dörd bacının qardaşı olan şəhidimiz ailənin yeganə oğul övladı olub.