Qubada 4 otaqlı evdə yandı

20 May 2018 19:05 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun İqrığ kəndində həyətyanı sahədə 40 m² quru ot, kol-kos, ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə və 2 ədəd pəncərə çərçivəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​