“Neftçi” Avroliqada

20 May 2018 19:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, səfərdə Gəncənin “Kəpəz” komandasına 2:1 hesabı ilə qalib gələrək, mövsümü 3-cü pillədə başa vuran “Neftçi” Avroliqaya yollanıb.

Qeyd edək ki, Azərbaycan kubokunun finalında “Qəbələ” “Keşlə” üzərində qələbə qazansa, o zaman çempionatı 4-cü pillədə başa vuran “Zirə” də Avropa Liqasına vəsiqə əldə edəcək.