Qazaxıstanda neft yatağında yanğın

20 May 2018 21:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 19 may saat 22.22 radələrində "Kommunay" yatağında təmir edilən quyuda 40 kv.m sahəni əhatə edən yanğın olub. Yanğın 2 saat ərzində, 20 may gecə saat 00.23 radələrində söndürülüb. Hadisə nəticəsində yanıq xəsarəti alan "M-Texservis" şirkətinin 1986-cı il təvəllüdlü əməkdaşı ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.