Bakıda beynəlxalq konfrans keçirilir

18 Mart 2013 10:15 (UTC+04:00)


Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, konfransın açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Dövlət başçısı konfransda açılış nitqi ilə söyləyib.

Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış edib.

Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib.

BMT, Azərbaycan hökuməti və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər.

Konfrans martın 19-da başa çatacaq.