İki maşın toqquşdu - 3 nəfər yaralandı

21 May 2018 11:59 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Çaxırlı kəndi ərazisində "VAZ 2106" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay sakinləri -1956-cı il təvəllüdlü Mustafayev Eyyub Ağasəf oğlu, 1983-cü il təvəllüdlü İbadova Aynurə Maarif qızı və 1989-cu il təvəllüdlü Məmmədova Nərminə Alim qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az