Azərbaycan İtaliyadan helikopter alacaq

18 Mart 2013 10:44 (UTC+04:00)



"Azərbaycan Hava Yolları" QSC-yə istinadən verdiyi məlumata görə, bu il ərzində donanma 8 "AW139s" tipli və 2 "AW189s" tipli vertolyotla təkmilləşdiriləcək. Sözügedən vertolyotlar İtaliyanın "Agusta Westland" konsernində istehsal olunur: "Vertolyotlar dəniz üzərindən sərnişin daşımalarında, təcili tibbi yardımda, həmçinin axtarış və xilasetmə əməliyyatlarında istifadə olunacaq".

Onu da qeyd edək ki, hazırda vertolyotların uçduğu "Zabrat" aeroportunun təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Bu yaxınlarda Almaniyanın "BAN 2000 GmbH." şirkəti sözügedən hava limanında uçuş-enmə zolağında işıq siqnal sisteminin quraşdırılması işlərini başa çatdırıb: "Sözügedən sistem 24/7 rejimində, yəni əlverişsiz hava şəraitində, həftənin 7 günü və sutkanın 24 saatı tam təhlükəsizliyi təmin edir".

AzNews.az