Bakıda iş adamı məhkəmə zalında həbs edildi

21 May 2018 15:15 (UTC+04:00)

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Gərayev 8 il azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs olunub.

Bakı şəhər sakini Gərayev Kahin Əli oğlu Binə ticarət mərkəzində xəz mağazalarının sahibi olub və o tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir.

K.Gərayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

AzNews.az