Buffonun yeni klubu

21 May 2018 15:19 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, təcrübəli qolkiper karyerasını Fransada davam etdirəcək.

40 yaşlı qolkiper PSJ klubu ilə anlaşıb. Paris klubu Buffona illik 8 milyon avro maaş və kapitanlıq sarğısını təklif edib. O, çərşənbə günü Fransa təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, "Verona" ilə oyunda son dəfə "Yuventus”un formasını geyinən Buffon 2001-ci ildən Turin klubunda çıxış edirdi. Qeyd edək ki, Buffon "qoca sinyora"nın heyətində 656 oyun keçirib.

AzNews.az