Ətraf mühiti çirkləndirən şəxs cərimələndi

21 May 2018 16:28 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

Faktla bağlı təmir sexinin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.