Bakıda neftçilər işə çıxmaqdan imtina etdi

18 Mart 2013 10:52 (UTC+04:00)
"Boss şelf" şirkətində çalışan fəhlələr bu gün səhər saatlarında tətilə başlayıblar. Neftçilər işə çıxmaqdan imtina ediblər. Onların tələbitibbi sığorta və əmək haqlarının artırılmasıdır.

Bu barədə azadliq.info-ya Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı facebook səhifəsində məlumat verib.

Məlumatlara görə, hazırda şirkətin bütün sexlərində iş dayanıb. Neftçiləri şirkətin ərazisindən çıxıblar və etirazlarını yaxınlıqdakı yolu bağlamaqla ifadə etməyə hazırlaşırlar.

AzNews.az